A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Aydınlığa doğru” və “Damla” İctimai Birliklərin  birgə təşkilatçılığı ilə Hacı Zeynalabdin Tağıyevin irsinin gənclər arasında təbliğinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova nəcib əməlləri ilə zəngin insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin və mənalı həyat yolunun gənclər arasında təbliğinin əhəmiyyətini vurğulayıb.

Tarixçi-alim Firdovsiyə Əhmədova H.Z.Tağıyevin sahibkar və xeyriyyəçi kimi keçdiyi yola nəzər salaraq, onun Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, milli kadrların hazırlanması istiqamətində gördüyü misilsiz xidmətlərindən söz açıb.

“Damla” İB-nin sədri Nigar Abdullayeva, İslam Bankçılığı üzrə beynəlxalq ekspert Anar Yusifzadə Tağıyevin gələcək nəsillərə miras qoyduğu mənəvi irsindən, elm və təhsilə verdiyi dəyər və dəstəkdən söz açıblar.

Tədbirin sonunda tələbələr arasında H.Z.Tağıyev irsinə həsr olunan müsabiqə keçirilib. Müsabiqənin qalibləri müxtəlif ixtisaslar üzrə kurslarda ödənişsiz təlim keçmək hüququ əldə ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay