A

Türkiyənin CFA (Chartered Financial Analyst) filialının prezidenti Alper Alkan, İnstitutun icraçı direktoru İlke Homriş UNEC-də olub.

2018-ci ildə CFA akkreditasiyasını qazanmış və İnstitut (CFA İnstiute University Affiliation Program) tərəfindən tərəfdaş universitet kimi qəbul edilmiş UNEC-lə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə rektor professor Ədalət Muradov və CFA nümayəndələri arasında görüş keçirilib. Görüşdə CFA ilə UNEC arasındakı əməkdaşlığın yeni istiqamətləri barədə müzakirələr aparılıb və müvafiq razılaşmalar əldə olunub.

Sonra CFA nümayəndələri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) kollektivi və tələbələri ilə görüşüblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay