A

Türkiyənin İstanbul Texniki Universitetinin (İTU) rektoru prof. İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti UNEC-də olub.

Rektor, professor Ədalət Muradovun və struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə İTU-nun nümayəndə heyətinə UNEC-dəki ixtisaslar, ikili diplom proqramları, beynəlxalq reytinq, ixtisaslaşmış laboratoriyalar və s. barədə ətraflı məlumat verilib. Sonra hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Görüşdə UNEC ilə İTU-nun beynəlxalq reytinqlərdə mövqelərinİN daha da yüksəldilməsi, ortaq diplom proqramlarının həyata keçirilməsi, mühəndislik, informasiya texnologiyaları ixtisasları üzrə mütəxəssis hazırlığı, müəllim və tələbə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlıq barədə razılıq əldə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay