A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Səudiyyə Ərəbistanı Krallığında akkreditasiyadan keçib.

UNEC rektoru professor Ədalət Muradov ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri cənab Essam Bin Saleh Algetale arasında keçən görüşdə akkreditasiyadan sonra yaranmış əməkdaşlıq imkanları müzakirə olunub.

Xatırladaq ki, UNEC Yunanıstanda da akkreditasiyadan keçmişdir.

Qeyd: Ali təhsildə akkreditasiya prosesi əsas etibarilə təhsil proqramının və ya təhsil müəssisəsinin dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun olub-olmamasını təmin etmək məqsədilə aparılır. Akkreditasiya təşkilatı təhsilalanların, əmək bazarının üzvlərinin, təhsil cəmiyyətinin, eləcə də dövlətin maraqlarını və hüquqlarını qoruyur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay