A

UNEC-in Türk Dünyası İqtisad Fakultəsinin müəllimi Maqsud Mirzəyev beynəlxalq Orhun mübadilə proqramı çərçivəsində Qazaxıstanın Əhməd Yassavi Universitetində mübadilədə iştirak edib.

Türk Universitetlər Birliyinə (TÜRKUNİB) üzv olan universitetlər arasında həyata keçirilən mübadilə çərçivəsində Maqsud Mirzəyev İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin tələbələrinə “Kənd təsərrüfatı iqtisadiyyatı”, “Beynəlxalq iqtisadiyyat”, “Beynəlxalq maliyyə”, “Qiymətli kağızlar”, “İstehsal prosesinin uçotu” və “Bank mühasibatlığı” mövzularında türk və rus dilində mühazirələr deyib.

Mübadilənin sonunda UNEC müəlliminə mübadilə proqramının sertifikatı verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay