A

UNEC kollektivinə ağır itki üz verib.

Xarici dillər kafedrasının müəllimi Natella Ağayeva ömrünün 67 yaşında dünyasını dəyişmişdir.

O, 30 noyabr 1954-cü ildə Ağdam şəhərində anadan olmuşdur.1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu bitirmiş və və həmin ildən 1997-ci ilə qədər Ağdam şəhər orta məktəbində ingilis dilini tədris etmişdir. 1998-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində baş laborant, sonradan isə Xarici dillər kafedrasında müəllim vəzifəsində çalışmışdır. 1 elmi məqalə və 1 metodiki vəsaitin müəllifidir.

Natella Ağayeva çalışdığı müddətdə universitet kollektivinin və tələblərinin sevgisini və dərin hörmətini qazanmışdı. Natella xanımın əziz xatirəsi onu tanıyanların qəlbində daima əziz tutulacaq və yaşayacaqdır.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay