A

UNEC-in Zaqatala filialında 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə filialın direktoru professor Orucəli Rzayev Beynəlxalq Müəllimlər Günü münasibətilə filialın pedaqoji heyətini təbrik edərək, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Müəllimlik peşəsinin hər zaman  uca tutulduğunu və müqəddəs sayıldığını diqqətə çatdıran filial direktoru, müəllimləri bu adın şərəfini daima  yüksəltməyə, ölkəmizin inkişafı naminə bacarıqlı mütəxəssislər  yetişdirməyə səsləyib. Filialın qazandığı təhsil uğurlarında müəllimlərin əhəmiyyətli rolunu önə çəkən professor Orucəli Rzayev onların çətin və şərəfli əməyinin ən ali mükafata layiq olduğunu diqqətə çatdırıb.

Sonra professor O.Rzayev "İqtisadiyyat və idarəetmə" kafedrasının baş müəllimi Afət Əfəndiyevanı “Əməkdar müəllim” fəxri adının verilməsi münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb.

Tədbir tələbələrin ifasında Beynəlxalq Müəllimlər gününə həsr etdikləri musiqili proqramla davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay