“ENGİN LTD” şirkəti 2023-cü il Yay Təcrübə Proqramını açıq elan edir.

Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, təşəbbüskar və kəşf etməyi sevən tələbə və məzunları bu fürsətdən yararlanmağa dəvət edirik. Proqram çərçivəsində bakalavr pilləsinin IV kurs və magistr pilləsinin I və II kurs tələbələrinə aşağıdakı şöbələrdə öyrənmə və inkişaf imkanları təklif edir:

  • İnsan Resursları
  • Daxili Nəzarət
  • İT və İnnovasiyalar
  • Ticari Marketinq
  • Satınalma və Planlama
  • Daxili Satınalma
  • Mühasibatlıq
  • SƏTƏM və Keyfiyyətə Nəzarət
  • Satış və Satış Əməliyyatları
  • Təminat Əməliyyatları
  • Anbar Əməliyyatları
  • İstehsalat

Təcrübə proqramının müddəti 3 - 6 aydır.

Seçim prosesi

Addım 1: CV-nizi 10 may 2023-cü il tarixidək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına “Mövzu” hissəsində müraciət etdiyiniz şöbənin adını qeyd etməklə göndərin. Nəzərə alın ki, yalnız növbəti mərhələyə seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Addım 2: CV seçimi əsasında növbəti mərhələyə seçilən namizədlər müsahibəyə dəvət

olunacaqlar. Müsahibə şöbə rəhbərləri və İnsan resursları şöbəsinin əməkdaşları tərəfindən birgə aparılacaq.

Addım 3: Seçim prosesinin yekunlaşması və təcrübə proqramına qəbul.

Əlaqələndirici struktur:

UNEC Karyera mərkəzi
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Tel: 1846 daxili 1132

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay