Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) birgə əməkdaşlığı çərçivəsində Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə UNEC tələbələri arasında vergi qanunvericiliyi üzrə olimpiada keçiriləcək.
Olimpiada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunur və onun zəngin dövlətçilik irsinin, milli hüquqi sisteminin formalaşmasında oynadığı müstəsna rolunun, ölkənin dayanıqlı iqtisadi inkişafına yönəlmiş strateji baxışlarının gənc nəsil tərəfindən daha dərindən mənimsənilməsinə və müasir çağırışlar kontekstində dəyərləndirilməsinə töhfə verməyi qarşıya əsas məqsəd kimi qoyur.
Olimpiada vergi qanunvericiliyi üzrə test üsulunda keçirilməklə bu sahədə tələbələrin nəzəri biliklərinin səviyyəsini, qanunvericiliyin tətbiqi ilə bağlı praktiki düşünmə bacarıqlarını və analitik yanaşmalarını qiymətləndirməyə imkan yaradacaq.
Olimpiada 06 may 2026-cı il tarixində saat 11.00-da UNEC-in Əsas tədris binasındakı İmtahan zalında keçiriləcək.
Olimpiada qalibləri mükafatlandırılacaq və onlara nəticələrini təsdiq edən müvafiq sertifikatlar təqdim ediləcək.
Son qeydiyyat tarixi: 05 may 2026-cı il (saat 12.00-dək)