Tələbələrin psixoloji xidmətlərə daha rahat və operativ şəkildə çıxışını təmin etmək məqsədilə yeni onlayn qeydiyyat sistemi istifadəyə verilib. Sistem vasitəsilə tələbələr müxtəlif tədris binalarında fəaliyyət göstərən psixoloqlarla görüş üçün əvvəlcədən elektron şəkildə qeydiyyatdan keçə bilirlər.
Yeni sistem çərçivəsində hər tədris binası üzrə ayrıca qeydiyyat linki təqdim olunub:
1 saylı tədris binası
Psixoloq: Abdullayeva Şəfahət
QEYDİYYAT
2 saylı tədris binası
Psixoloq: Mürsəlova Mərziyə
QEYDİYYAT
4 saylı tədris binası
Psixoloq: Abdullayeva Küşvər
QEYDİYYAT
Tələbələr istədikləri tədris binasına uyğun linkə daxil olaraq psixoloq seansları üçün rahat şəkildə qeydiyyatdan keçə bilərlər.
Əlaqə: 10-724-03-78