A

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda “MathCamp 2024” tələbə yaz düşərgəsinin növbəti mövsümü  başlayır.

Düşərgənin keçirilməsində əsas məqsəd tələbələr arasında riyazi təfəkkürün inkişafı üçün yeniliklərə yol açan idrak fəaliyyətinin formalaşdırılması, riyaziyyatın yeni təlim texnologiyalarından istifadə edərək, tələbələrdə məntiqi təfəkkürü, təsvir və ixtiraçılıq bacarığının inkişaf etdirilməsi, elmi dünyagörüşünün və riyazi nəzəri, praktik biliklərinin gücləndirilməsidir.

 Düşərgədə kimlər iştirak edə bilər:

  • Ali təhsil müəssisələrinin riyaziyyat, fizika və əlaqəli ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr;
  • magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr;
  • qeyd edilən ixtisaslar üzrə son 2 il ərzində məzun olmuş şəxslər.

Düşərgə çərçivəsində təcrübəli müəllim və ekspertlər tərəfindən inteqrativ təlimə, alqoritmik yanaşmaya, məsələlər həllinə və ali riyaziyyat elementlərinin öyrənilməsinə istiqamətlənmiş xüsusi dərslər, seminarlar və vorkşoplar təşkil ediləcək.

Düşərgədə iştirak etmək istəyən namizədlər 10 mart 2024-cü il tarixinədək qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərinin yoxlanılması məqsədilə qiymətləndirmə mərhələsində (tarix barədə öncədən məlumat veriləcək) iştirak etməlidir. Uğurlu nəticə əldə edən namizədlərə düşərgə haqqında ətraflı məlumat təqdim olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay