“Lithuanian State scholarships” dövlət proqramı çərçivəsində bütün təhsil pillələri üzrə tələbələr Litvanın müxtəlif universitetlərində 2024/2025-ci tədris ilində təqaüdlü şərtlərlə təhsillərini davam edə bilərlər.
Namizədlərin seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə təqdim olunmuş sənədlər əsasında Livta dövlət nümayəndələri tərəfindən aparılacaq. Təqaüd proqramında tələbələrin təhsil alacaqları təhsil müddəti bakalavriatura və doktorantura üzrə təhsil alan tələbələr üçün qısa müddətli (1 semestr), magistatura tələbələri üçün isə uzunmüddətli (2 semestr) formada tənzimlənmişdir.
Təqaüd məbləği (aylıq): bakalavriatura, magistratura - 550 avro, doktorantura 1100 avro
Müddət: 2024/2025-ci tədris ili
Əsas şərtlər:
- Tələbələrin orta balının (ÜÖMG) yüksək olması;
- İngilis dilini sərbəst bilməli (B2);
- Müvafiq dil sertifikatının olması mütləqdir.
Tələb olunan sənədlər:
- Təqdim edilmiş şablon şərti-müqavilə formasının doldurulması
- Tövsiyyə məktubu (ingilis dilində)
Proqram haqqında ətraflı məlumat
Son müraciət tarixi:
- Short-term müraciət (bakalaviatura doktorantura tələbələri üçün) - 15 aprel, 2024-cü il
- Long-term müraciət (magistratura tələbələri üçün) – 22 May, 2024-cü il
Sənədlər onlayn müraciət formasında tələbələrin özləri tərəfindən qeydiyyat zamanı təqdim edilməlidir.