A

UNEC-in nəzdində Azərbaycan Maliyyə İqtisad Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP 29-a bağlı “İqlim dəyişikliklərinin yaratdığı fəsadlar və qarşısının alınması mövzusunda tədbirlər keçirilib.

Tədbirlərdə tərbiyə işləri üzrə direktor müavini Murad Muradov, kollecin Ümumtəhsil fənn birləşmə komissiyaının müəllimləri Xurmaxanım Məlikova və Könül Tağıyeva çıxış edərək, iqlim dəyişikliyinin səbəbləri, yaratdığı fəsadlar, quraqlıq və su resurslarının fərdi istehlakçılar tərərəfindən qorunmaları, qlobal ekoloji problemlər, iqlim dəyişməsinin ölkələrə, əhalinin təsərrüfatına və sağlamlığına təsirlərindən danışıblar.

I kurs tələbələrinin iştirak etdiyi tədbirdəmpvzu ilə bağlı videoçarxlar nümayiş olunub və tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay