A

UNEC-in Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov I kurs tələbələri ilə görüşüb.

Birinci kursları tələbə adı qazanmaları münasibətilə təbrik edən dekan, onlara təhsillərində uğurlar arzulayıb.

Fakültəyə qəbul barədə tələbələri məlumatlandıran E.Səmədov bildirib ki, cari ildə “Sənaye mühəndisliyi”, “Qida mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə fakültəyə 339 tələbə qəbul olunub. O, fakültəyə qəbul ballarının artdığını, ən yüksək nəticənin isə “Sənaye mühəndisliyi” ixtisası üzrə 595,6 bal olduğunu diqqətə çatdırıb.

Görüşdə UNEC ilə Ege Universitetinin “Qida mühəndisliyi” ixtisası üzrə iki diplom proqramına ötən il olduğu kimi, bu il də 20 tələbənin qəbul olduğu deyilib. Bu il həmin proqram üzrə təhsil alan 2-ci kurs tələbələrinin Eğe Universitetində təhsillərini davam etdirdikləri qeyd edilib.

Tələbələrə UNEC-dəki tədris mühiti, təqaüd və beynəlxalq mübadilə proqramları, startap layihələri, kitabxana, idman klubları, Yaradıcılıq Mərkəzi, tələbə təşkilatları və s. barədə də məlumat verilib. Təhsil aldıqları müddətdə universitetin ictimai-sosial həyatında fəal olmaq və onlar üçün yaradılan bütün imkanlardan yararlanmaq tövsiyə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay