A

“Həftənin kitabı” layihəsi bu həftə “ Maliyyənin əsasları” kitabını təqdim edir.

Kitabın müəllifləri professor Səlim Müslümov, dosentlər Gülnarə Əhmədova və Fuad Mirzəyevdir.

Dərsliyin yazılmasında əsas məqsəd maliyyə elminin nəzəri əsasları, sistemi və onun strukturu, bu sistemin halqalarını  ayrı-ayrılıqda nəzərdən keçirmək, mövzuların açılmasında elmi yanaşmanın  tətbiqidir. Kitabda dövlət maliyyəsinin və onun mərkəzi elementi olan büdcə sisteminə, eləcə də vergi və sığorta sistemlərinin nəzəri və praktiki əsasları təhlil edilib, maliyyə siyasəti, maliyyənin idarə edilməsi, maliyyə bazarları və beynəlxalq maliyyə geniş işıqlandırılıb. Müəlliflər dərslikdə müəssisələrin, bələdiyyələrin və ev təsərrüfatlarının maliyyəsini  müasir dövrün modern maliyyə alətlərinin rolu nəzərə alınmaqla əks etdiriblər .

Oxucu-istifadəçilər “Maliyyənin əsasları” kitabını UNEC-in 24/7 kitabxanasından əldə edə  bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay