Atrom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (AEBA) daxil olmuş məlumata əsasən 2024/2025 və 2025/2026 akademik illəri üçün Maria-Skladovska- Küri təqaüd proqramına müraciət qəbul olunur.

Təqaüd proqramı çərçivəsində nüvə elmi sahəsində magistr təhsili almaq istəyən gənc qadınlar üçün təqaüdün verilməsi (20 min avroya qədər təhsil haqqı və 20 min avroya qədər yaşayış xərcləri) və AEBA nəzdində 12 aya qədər təcrübə proqramında iştirak fürsəti təklif olunur.

Təqaüd proqramı və müraciətlə bağlı tələblər barədə əlavə məlumat www.iaea.org/MSCFP elektron ünvanından əldə edilə bilər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay