A

Əziz abituriyentlər, UNEC THİK olaraq Sizləri tələbə adı qazanmağınız münasibətilə ürəkdən təbrik edirik. UNEC ailəsinə xoş gəlmisiniz!

Məlumat üçün bildiririk ki, UNEC-də bakalavriat səviyyəsi üzrə sənəd qəbulu ONLAYN formada həyata keçiriləcək.

UNEC-ə yeni qəbul olmuş abituriyentlərin sənəd qəbuluna köməklik göstərilməsi məqsədilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal könüllü tələbələrindən ibarət "UNEC Abituriyentlərin Sənəd Qəbuluna Dəstək Mərkəzi" 28 avqust - 06 sentyabr tarixlərində fəaliyyət göstərəcəkdir.

Sənəd qəbulu ilə bağlı videotəlimatlar: https://linktr.ee/unecabituriyentvideotelimat

Fakültələr üzrə suallarınızı aşağıda qeyd olunan əlaqə nömrələrinə ünvanlaya bilərsiniz:

Maliyyə və mühasibat fakültəsi – +99455 997 28 99 (Həsən bəy)

Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE) – +99477 303 49 55 (Nuranə xanım)

Rəqəmsal İqtisadiyyat fakültəsi – +99470 896 06 24 (Həsən bəy)

İqtisadiyyat və idarəetmə fakültəsi – +994 51 455 00 55 (Nəzifə xanım)

Türk Dünyası İqtisad fakültəsi - +994 50 981 70 39 (Yeganə xanım)

Qiyabi və Əlavə Təhsil Mərkəzi (QƏTM) – +994 50 540 44 30 (Leyla xanım)

Rus İqtisad Məktəbi (RİM) – +994 55 477 15 39 (Ayan xanım)

UNEC Dizayn Məktəbi – +994 70 865 67 60 (Lalə xanım)

Biznes və menecment fakültəsi – +994 70 339 21 99 (Aqşin bəy)

Mühəndislik fakültəsi - +994 50 387 33 02 (Elmir bəy)

Həmçinin abituriyentlər qeyd edilmiş tarixlərdə I tədris binasında yerləşən qərargaha və ya qəbul olduqları korpuslardakı fakültə dekanlıqlarına yaxınlaşaraq qeydiyyat prosesi ilə əlaqədar məlumat əldə edə bilərlər.

QEYD 1: Mərkəzin Qərargahı UNEC-in Əsas tədris binası (İstiqlaliyyət, 6), 320-ci otaqdadır.

QEYD 2: Mərkəz saat 10:00-dan 17:00-a qədər, onlayn isə hər gün (qeyri iş günləri də) yeni qəbul olmuş abituriyentlər üçün fəaliyyət göstərəcəkdir.

Ümumi əlaqə vasitələri:

+994 50 636 34 94 - Səbuhi bəy

+994 77 631 41 42 - Günay xanım

İnstagram: @uneceduaz @unecthik

Teleqram qrupu: https://t.me/+IpdzzmlzoJEwMDgy

TOP XƏBƏRLƏR