A

Şamaxı Hazırlıq Mərkəzinin 70 nəfərə yaxın abituriyenti “UNEC-də bir gün” layihəsində iştirak edib.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və Şamaxı Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tanışlıq günündə abituriyentlər UNEC-in əsas tədris binasında olublar.

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova, Yaradıcılıq Mərkəzinin rəhbəri Elman Cəfərov abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, UDİD, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı barədə ətraflı məlumat veriblər və abituriyentləri maraqlandıran sualları cavablandırıblar.

Sonra abituriyentlər üçün UNEC-də infotur təşkil olunub. Onlar oxu zalı, 24/7 kitabxana, Bloomberg laboratoriyası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, Extern Mərkəzi ilə tanış olublar.

Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR