CETA Project Logistics İngilis dilində yüksək biliyə malik, hazırda “Logistika”, “Təchizat Zənciri” və ya əlaqəli sahələrdə təhsil alan 3-cü və ya 4-cü kurs tələbələri üçün “Logistics Operations Coordinator” Təcrübə Proqramı elan edir.

Vəzifələr:

  • Daxil olan sorğuların qeydiyyatında kömək etmək;
  • Lazımi xidmətlər üzrə təchizatçıların axtarışı və müqayisəsində dəstək olmaq;
  • Təchizatçılarla qiymətlər və nəqliyyat şərtlərinin müzakirəsində köməklik göstərmək;
  • Komanda ilə əməkdaşlıq edərək nəqliyyat layihələrinin koordinasiyasında iştirak etmək;
  • Təchizatçı və müştəri məlumat bazalarının yaradılması və saxlanılmasına töhfə vermək;
  • Lazımi sənədlərin düzgün şəkildə təmin olunmasına dəstək vermək.

Namizəd üçün tələblər:

  • Hal-hazırda Logistika, Təchizat Zənciri və ya əlaqəli sahələrdə təhsil alan 3-cü və ya 4-cü kurs tələbələri;
  • İngilis dilində (danışıq, oxuma, yazı) yüksək bilik;
  • Özünütəşəbbüskarlıq, özünüinkişaf, özünütəhsil;
  • Diqqətlilik, dəqiqlik, məsuliyyət, intizam;
  • Yaxşı ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Təzyiq altında işləmə bacarığı;
  • Çoxşaxəli tapşırıqları idarə etmək və gündəlik iş yükünü prioritetləşdirmək bacarığı;
  • Kompüter bacarıqları – Microsoft Office proqramlarına yiyələnmə;
  • İşgüzar yazışma, danışıqlar aparmaq, hesabat hazırlamaq və sənədləşdirmə bacarıqları.

İş növbələri:

Birinci növbə: 08:30 – 12:30
İkinci növbə: 13:30 – 17:30

Əmək haqqı:
Təcrübə proqramı ödənişlidir. Əmək haqqı detalları müsahibə zamanı müzakirə olunacaq.

Ünvan: Caspian Plaza, Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı 44.

Proqramda iştirak etmək istəyənlər  CV-nizi 20.02.2025-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına "Logistics Operations Coordinator" başlığı ilə göndərə bilərsiniz.

TOP XƏBƏRLƏR