A

UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə 14 mart 2025-ci il tarixində həssas kateqoriyadan olan insanların əl işlərinin sərgisi keçiriləcək.

"Bacarıqlı Əllər Dünyası", "Zəfər Yolu", eləcə də “Əlilliyi olan şəxslərə dəstək”  ictimai birliklərinin də qatılacağı satış-sərgidə həssas kateqoriyadan olan insanların əl işləri nümayiş olunacaq, eləcə də müxtəlif layihələr haqqında məlumatlar veriləcək.

Satışdan əldə olunan gəlirlər həmin insanların inkişafına dəstək olacaq.

Tədbir saat 10:00-15:00-dək davam edəcəkdir.

Ünvan: UNEC, 2 saylı tədri binası (Həsən Əliyev 135A)

Gəlin, birlikdə dəstək olaq!

TOP XƏBƏRLƏR