A

UNEC-də "Təhsil qanunvericiliyi və akademik qaydalar" mövzusunda təlim təşkil olunub.

UNEC-də insan resursları idarəetməsində səmərəliliyi davamlı yüksəltmək məqsədilə inzibati heyət üçün nəzərdə tutulmuş növbəti təlim "Təhsil qanunvericiliyi və akademik qaydalar" mövzusunda olub. Təlimdə Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin direktor müavini Əliyev Nəvai çıxış edərək, təhsil sahəsindəki qanunvericiliyin əhəmiyyətindən və akademik qaydaların tətbiqinin təhsilin keyfiyyətinə müsbət təsirindən bəhs edib. O, çıxışında Azərbaycan təhsil sistemindəki son yeniliklər və tələblər barədə iştirakçılara geniş məlumat verib, tədris prosesindəki metodik yanaşmaların müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini qeyd edib.

TOP XƏBƏRLƏR