Starcom Azerbaijan tərəfindən 4 cü kurs tələbələri və UNEC məzunları üçün təcrübə proqramına start verib.
Proqram çərçivəsində iştirakçılar qlobal media agentliyinin bir hissəsi olacaq və dünyanın aparıcı müştəriləri ilə işləmə təcrübəsi əldə edəcək və peşəkar inkişaf imkanları qazanacaqlar. Həmçinin iş mühiti və iş etikası, planlaşdırma, monitorinq və qiymətləndirmə, idarəetmə, e-mail yazışı, koordinasiya və inzibati bacarıqlar qazanacaqlar.
Kimlər iştirak edə bilər?
- Marketinq sahəsində öyrənməyə və inkişaf etməyə həvəsli olmaq;
- Bakalavr dərəcəsi (BA) (dördillik universitet məzunu olmaq və ya 4 cü kurs tələbələri);
- Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarıqları (Rus dilində sərbəst ünsiyyət üstünlükdür);
- MS Office üzrə qabaqcıl biliklər: PowerPoint təqdimatlarının hazırlanması və dizaynı, Exceldə ilkin biliklər və Word-də işləmək bacarığı;
- Komanda ilə və müstəqil işləmək bacarığı;
- Tənqidi düşünmə və problem həll etmə qabiliyyəti;
- Komanda ruhuna malik olmaq, "bacararam" yanaşması və tapşırıqları yerinə yetirmə qabiliyyəti.
Nə əldə edəcəksiniz?
- Komandamızın bir hissəsi olaraq TV, Rəqəmsal Marketinq, Influencer Marketinq və digər media xidmətlərində gündəlik fəaliyyətlərdə iştirak edəcəksiniz.
- Müxtəlif media xidmətləri və alətləri haqqında əsas biliklər əldə edəcəksiniz.
- Müxtəlif departamentlərin menecerləri tərəfindən müəyyən edilmiş tapşırıqları yerinə yetirəcək və kömək edəcəksiniz.
- Yeni ideyalar gətirmək üçün yaradıcılığınızı və innovativ düşüncənizi göstərəcəksiniz.
- İş mühiti və iş etikası, planlaşdırma, monitorinq və qiymətləndirmə, idarəetmə, e-mail yazışı, koordinasiya və inzibati bacarıqlar qazanacaqsınız.
Müraciət üçün son tarix: Vakansiya daim aktivdir.
İş yeri: 10 Xanlar küç, Bakı 1003 Azərbaycan, Sabah Residence, 2ci mərtəbə
Müddət: 1-3 ay aralığı
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30 – 17:00
Təcrübə müddəti ödənişlidir – 350 AZN
Maraqlanan şəxslər CV-nizi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanına göndərə bilərsiniz.