A

UNEC-in Tələbə rektoru və tələbə təşkilatlarının rəhbərlərinin iştirakı ilə UNEC nəzdində fəaliyyət göstərən Qida Sənayesi kolleci, Sosial-İqtisadi kollec və Maliyyə-İqtisad kollecinin tələbələri ilə silsilə görüşlər keçirilib.

Görüşlər zamanı Tələbə-rektor Nihad İsgəndərov tələbələrə UNEC-dəki tədris prosesi, imtahanların təşkili, elektron universitet modeli, tələbələrin sosial həyatı üçün yaradılmış şərait barədə ətraflı məlumat verib. Həmçinin tələbə təşkilatlarının rəhbərləri təmsil etdikləri təşkilatın fəaliyyəti barədə kollec tələbələrini məlumatlandırıblar, onlara kollecin, eləcə də ölkənin sosial ictimai həyatında fəal olmağı tövsityə ediblər.

Görüşdə tələbələrə UNEC-in məlumatlandırıcı bukletləri təqdim olunub, eyni zamanda onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR