A

UNEC-in tələbə, magistr və tələbələrinin nəzərinə!

UNEC Karyera Mərkəzi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məzun, tələbə və magistrlər ilə “Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət və işə qəbul” mövzusunda görüş keçiriləcəkdir.

Görüşün məqsədi Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyəti, komitədə həyata keçirilən könüllü fəaliyyət və işə qəbul haqqında məlumat verməkdir. Görüşdə Komitənin əməkdaşları təqdimat ilə çıxış edəcək. O cümlədən komitədə könüllü fəaliyyət və işə qəbul haqqında tələbə və məzunları maraqlandıran suallar cavablandırılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət göstərib təcrübə qazanmaq o cümlədən işə qəbul olmaq istəyən hər kəs görüşə dəvətlidir. Görüşdə iştirak etmək istəyənlər CV-lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərə bilərlər. Elektron poçtun subject/mövzu bölməsində “CV-EMDK” sözlərini qeyd etməyi unutmayın.

Tədbirin keçiriləcəyi tarix: 22 may 2018-ci il
Tədbirin keçiriləcəyi saat: 10.00-12.00
Tədbirin keçiriləcəyi yer: UNEC-in 1 saylı tədris binası, Heydər Əliyev Mərkəzi, 305 saylı otaq

Tələblər:
Təhsil - iqtisadiyyat sahəsində ali təhsil (məzunlar)
IV kurs tələbələri (bu il məzun olacaq)
I və II kurs magistrlər
Yaş həddi- 30 yaşa qədər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay