Tələbə və məzunların yay aylarının daha da produktiv keçməsi üçün Birbank tələbə və yeni məzunlar üçün Bakı və regionlar üzrə “KAPİTALımız Könüllü Təcrübə Proqramı” elan edir.
Təcrübə proqramı 3 aylıqdır. Könüllülər təcrübə sonunda sertifikatla təmin ediləcəklər. Təcrübə dövründə ödəniş nəzərdə tutulmayıb.
Tələbə və yeni məzunlarla aşağıdakı vakansiya linkini paylaşmağınızı xahiş edirik. Namizədlər link vasitəsilə təcrübə proqramına müraciət edə bilərlər.
Son müraciət tarixi: 25 may 2025