UNEC-in Təcrübənin təşkili şöbəsi TITAN Group MMC şirkəti ilə birlikdə yeni təcrübə proqramı təklif edir:

Vakansiyanın adı: Marketing Departamentinə - Təcrübəçi

Namizədə olan fərdi tələblər:

  • Ali təhsilli (texniki, iqtisadi)
  • I-IV kurs tələbələri
  • Təşəbbüskar, aktiv və məqsədyönlü
  • Fikrini sərbəst şəkildə ifadə edə bilən
  • Ünsiyyət qurmağı xoşlayan
  • İnternet üzərindən araşdırmağa həvəsli
  • Gələcək karyerasını satış və marketinq sahəsində görmək istəyən
  • Riyazi-analitik düşüncəyə malik olmaq.

Vəzifə öhdəlikləri:

  • Bazar araşdırmasını həyata keçirmək
  • Potensial müştəriləri axtarmaq
  • Müştərilərə məhsulların texniki xüsusiyyətləri barədə məlumatları düzgün çatdırmaq
  • İstehsal prosesi ilə yaxından tanış olaraq bilgiləri yeniləmək
  • Verilmiş marketinq strategiyasını tətbiq etmək
  • Müştəri bazasının dövrü hesablatlarını hazırlamaq
  • Müdriyyətin digər tapşırıqlarını vaxtlı-vaxtında həyata keçirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Word, Excel, Power Point-də işləmə bacarığı
  • Ünsiyyət qurmaqdan çəkinməmək
  • Linkedin sosial şəbəkəsində işləmə bacarığı
  • Azərbaycan dilində səlis nitq bacarığı
  • Rus və ingilis dili biliyi arzuolunandır

İş rejimi: I-V günlər tam və yarım iş günü mümkündür.

Təcrübə proqramını bitirən namizədlər müsahibə mərhələsində bilik və bacarıqları yoxlanıldıqdan sonra rəsmi olaraq işə qəbul olunacaqlar.

Uyğun olan namizədlərin CV-nin mövzu hissəsinə “Marketing Departamentinə-Təcrübəçi” qeyd etməklə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. emailinə göndərmələri xahiş olunur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay