A

29 Mart 2022-ci il saat 12:00-da Azərbaycan Dövlət İqtisad Universitetində "Gənc MÜSİAD Azərbaycan" komandasının ənənə halına gətirdiyi, tələbələr tərəfindən böyük marağa səbəb olan “ÜFÜQ AZƏRBAYCAN” - Gənclərin iş dünyasına inteqrasiyası adlı panel diskussiyası həyata keçiriləcəkdir. 

Tədbir Gənc MÜSİAD Azərbaycan, UNEC Tələbə Həmkarlar İttifaqı və UNEC Ömürboyu Təhsil Mərkəzinin təşkilatçılığı Azərbaycan Dövlət İqtisad Universitetində baş tutacaq.

Tələbələr və gənc iş adamları ilə görüşdə aşağıda adları sadalanan qonaqlar iştirak edəcək.

- UNEC Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK ) dekanı Prof. Dr. Mehmet Yüce

- Özgün Yapı AŞ. Azərbaycan müdiri və MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvü Alim Şentürk 

- UNEC Beynəlxalq magistratura və doktorantura mərkəzinin ( BMDM ) direktoru i.f.d dosent Fariz Əhmədov

- Deluxe Kamin şirkətinin direktoru Fuat Kayhan iştirak edəcəklər. 

SÜVARİ Azərbaycan, Özgün Yapı AŞ. Azərbaycan, Buta Group, Deluxe Kamin MMC şirkətləri tədbirin sponsorlarıdır.

                 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay