UNEC-də Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının peşəkar karyera məsləhətçisi və mentor Xanoğlan Sadıq tələbələrlə görüş keçirəcək.
Görüş 18 aprel 15.00-da UNEC-in 2 saylı tədris binasında baş tutacaq.
O, görmə məhdudiyyətinə baxmayaraq, öz karyerasını necə qurduğunu, hansı çətinlikləri fürsətə çevirdiyini və həyatına necə tam nəzarət etdiyini tələbələrlə paylaşacaq.
Bu görüşdə:
- Empatiyanın və daxili motivasiyanın real həyatda rolu,
- Dəyərlərin və arzuların karyera hədəfləri ilə uyğunlaşdırıla bilməsini,
- Fiziki məhdudiyyətlərin insanın məqsədlərinə necə maneə olmadığını,
- Qərarlı olmaq və öz potensialına inanmaqla nələrə nail olmağın mümkünlüyünü öyrənəcəksiniz.