UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) nümayəndələri İlyas Əfəndiyev adına Elitar Gimnaziyaya səfər ediblər.
Görüş zamanı ISE-nin direktoru İnarə Rzayeva UNEC və ISE -nin fəaliyyəti, tədris prosesi, qəbul şərtləri, təhsil formaları və universitetdə tələbə olmaqla əldə olunan imkanlar barədə təqdimatla çıxış edib. O, universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları, xaricdə təhsil imkanları, eləcə də UNEC-in tələbələrinə təqdim edilən akademik və sosial üstünlükləri şagirdlərin diqqətinə çatdırıb.
Görüşdə ISE -nin hazırkı tələbəsi, gimnaziyanın məzunu Raul Mahmudov da iştirak edərək, abituriyentlərə öz tələbəlik həyatı ilə bağlı məqamları bölüşüb. O, UNEC-ə qəbul prosesindən, universitetdə qazandığı bilik və bacarıqlardan, universitetin tələbələrə yaratdığı imkanlardan və gələcək hədəflərindən danışıb.
Qarşılıqlı diskussiya şəklində keçən görüşdə abituriyentlərin universitet və ixtisaslar barədə çoxsaylı sualları cavablandırılıb.