Türkiyənin EconJournals nəşriyyatının elmi nəşri olan International Journal of Energy Economics and Policy jurnalı SIR reytinq sıralamasının Türkiyə Araşdırma İnstitutları və Universitetləri hissəsində yer almaqdadır.

Jurnalın ISSN nömrəsi 2146-4553, elmmetrik göstəriciləri isə H-index 33, SJR 2020-0.45, CiteScore 2019-2.8, SNIP 2019-1.229, CiteScoreTracker 2020-3.5-dir.

İqtisadiyyat, Ekonometrika və Maliyyə elmi istiqamətində Q1, Enerji elmi istiqamətində isə Q2 kvartelli Open Acess jurnal Scopus, (ABDC), RePEc and IDEAS, DOAJ, EBSCO, IndexCopernicus, Google Scholar və s. bazalarda indeksləşir. Jurnalın linki: https://econjournals.com/index.php/ijeep/index

Qeydiyyatdan keçərək,  qəbul şərtlərinə uyğun tərtib olunmuş məqaləni  jurnalda nəşr etdirmək mümkündür. 2017-2021-ci il tarixləri arasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndələrinin 14 məqaləsi “International Journal of Energy Economics and Policy” jurnalında nəşr olunmuşdur və məqalələr Scopus elmi platformasının bazasında indekləşmişdir.

SİYAHI

Əlavə məlumat almaq üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. linkinə müraciət edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay