Aprelin 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.10 Dissertasiya şurasının növbəti iclası keçiriləcək.

Gündəlikdə 5301.01 — «Daxili fiskal siyasət və dövlət maliyyəsi» və 5307.01 — «İqtisadi nəzəriyyə» ixtisaslarında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işlərinin müdafiəsi və dissertasiya şurasının portfelində olan məsələlərin müzakirəsi durur. 

İclas saat 14.00-da UNEC-in əsas tədris binasının Ağ zalında keçiriləcək. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay