Akademik profillər tədqiqatçıların elmi fəaliyyətini və metrik göstəricilərini əks etdirən əsas meyarlardır.

Tədqiqatçılar ödənişsiz əsaslarla fəaliyyət göstərən sistemlərdə profillər yaradaraq, elmi əsərlərini buraya əlavə edərək, onların əlçatanlığını və bu yolla öz istinad göstəricilərinin yüksəlməsini təmin edə bilərlər. Elmi əsərlərə olunan istinadın sayını artırmaq üçün Research Gate sisteminə tam mətnli elmi əsərlərin əlavə olunması, bu işlərə olunan istinad sayını izləmək üçün həmin elmi əsərlərin Google Scholar sisteminə yüklənməsi labüddür.

Nüfuzlu elmi platformalarda tədqiqatçıların elmi fəaliyyət aktivliyi onların profillərdəki vəziyyəti ilə dəyərləndirilir. Ümumiyyətlə, Clarivate Analytics şirkəti (Web of Science) Publons, Research ID və Elsevier şirkəti isə (Scopus) Orcid ID tətbiqlərindən istifadə etməyə üstünlük verir. Bununla yanaşı, yüksək təsir göstəricisi olan (Q1-Q2 kvartilli) elmi nəşrlərdə əsərlərin dərci üçün tədqiqatçılar tərəfindən yuxarıda göstərilən profillərin yaradılması məqsədəuyğundur. Tədqiqatçıların beynəlxalq səviyyədə rəyçilik fəaliyyəti ilə məşğul ola bilməsi üçün Publons və Orcid profillərinin olması vacibdir.

UNEC əməkdaşları öz akademik profilləri ilə (Google Scholar, Research Gate) daxil olaraq tanış ola bilərlər. Profil linkləri mövcud olduğu halda qeydə alınmayan UNEC professor-müəllim heyəti isə qeydiyyatdan keçərək profillərinin siyahıya əlavə olunmasına dəstək ola bilər.

Bununla yanaşı, akademik profil tətbiqləri haqqında geniş məlumatı əldə etmək mümkündür.

CƏDVƏL

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay