A

COP29 - “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində  Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC “İqtisadi Klinika” Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və ekoloji problemlər: COP29-a doğru” mövzusunda beynəlxalq seminar keçiriləcək. Seminarda UNEC “İqtisadi Klinika” Tədqiqat Mərkəzinin tədqiqatçıları dos. Uğur Korkut Pata və dos. Mustafa Tevfik Kartal təqdimatla çıxış edəcəklər.

Tədbirdə bu sahə üzrə ölkəmizdə və xaricdə tədqiqat aparan elm adamlarının, dövlət və özəl sektor nümayəndələrinin, ekspertlərin iştirakı nəzərdə tutulub.

16 may 2024-cü il tarixində saat 12:00-da baş tutacaq seminara  ZOOM platforması üzərindən https://zoom.us/j/94810641066 (code:577212) linkinə keçid etməklə qoşula bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay