22–23 avqust 2025 tarixlərində Türkiyənin Antalya şəhərində əyani və ya onlayn formada 8-ci Beynəlxalq Aralıq Dənizi Elmi Tədqiqatlar və İnnovasiya Konqresi keçiriləcək.
Konqres aşağıdakı meyarlara cavab verir:
1. Bütün elm sahələri üzrə açıqdır
2. Təqdimatlar Azərbaycan, Türk və İngilis dillərində ola bilər
3. Mövzu və sahə əsaslı bölmələr
4. Onlayn təqdimat imkanı (%45 Türkiyə kontingenti ilə)
5. Təqdim edilmiş məruzələr ISBN-li elektron konqres kitabında dərc olunacaq
6. Konqres YÖK və ÜAK-ın elmi yüksəliş və təşviq meyarlarına tam uyğundur
Tezislərin son göndəriş tarixi: 14 avqust 2025
Rəsmi veb sayt: www.isarconference.org/akdeniz
Əlaqə üçün email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
11 ölkədən elm adamlarının iştirakı ilə keçiriləcək bu nüfuzlu beynəlxalq elmi tədbirdə sizi də aramızda görməkdən məmnun olarıq!