İZDAŞ təşkilatçılığı ilə 13–15 avqust 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində (eyni zamanda onlayn formatda) keçiriləcək 8-ci Beynəlxalq Akdeniz Elmi Tədqiqatlar Konfransına qeydiyyat başlamışdır.

Konfransın məqsədi elmi tədqiqatların beynəlxalq müstəvidə paylaşılmasını təmin etmək, yeni elmi əməkdaşlıq imkanları yaratmaq və çoxşaxəli elmi məlumatların yayılmasına töhfə verməkdir.

Konfrans dosentlik və akademik təşviq meyarlarını tam şəkildə qarşılayır. Təqdim edilən bütün məqalələr çift kor rəy sistemi ilə qiymətləndiriləcək və qəbul olunan məqalələr ISBN-li konfrans kitabında dərc olunacaq.

Əsas Məlumatlar:

 Təqdim ediləcək sahələr: Bütün elm sahələrindən orijinal tədqiqat işləri qəbul olunur.
 Konfransın dilləri: Türk və İngilis dillərində təqdimatlar mümkündür.
 İştirak forması: Əyani (Antalya) və ya Onlayn (Zoom vasitəsilə).
 Özət (tezis) göndəriş müddəti: 1 avqust 2025 tarixinədək
 Tam mətn göndəriş müddəti: 25 avqust 2025 (məcburi deyil)
 Konfrans proqramı: 5 avqust 2025-də açıqlanacaq
 Nəşr tarixi: 10 sentyabr 2025 – ISBN-li Konqre Kitabı (dəqiq tarix)

Tələb və Qaydalar:

  • Özət (tezis) 300–400 söz aralığında olmalı və Word formatında təqdim edilməlidir.
  • Tam mətn ən azı 5 səhifə olmalı, APA üslubunda yazılmalı və bənzərlik faizi maksimum 20% təşkil etməlidir.
  • Özət və tam mətnlər aşağıdakı ünvana göndərilməlidir:
     Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Müraciət zamanı iştirak formasını (əyani/onlayn) qeyd etmək vacibdir.

Konfrans çərçivəsində təqdim olunacaq:

 Rəsmi iştirak sertifikatı (PDF formatında – bütün müəlliflər üçün)
 Məqalələrin nəşri – ISBN-li konqre kitabında
 Əyani iştirakçılar üçün kofe fasilələri
 Beynəlxalq elmi mübadilə və əməkdaşlıq imkanları

Daha ətraflı məlumat, yazım qaydaları və keçmiş konfrans kitabları ilə tanış olmaq üçün veb saytımızı ziyarət edin:
 www.izdas.org/akdeniz
 Keçmiş konqres kitabları üçün link

Əlaqə və suallar üçün:
 Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 

TOP XƏBƏRLƏR