AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
PHŞ 100 hibrid auditoriya infrastrukturunun yaradılması üçün
mal, iş v
ə xidmətlərin satın alınması məqsədilə
AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, mal, iş və xidmətlərin qısa müddətdə təhvil verilməsi, zəmanət müddəti və ödəniş şərtləri.

Əlaqələndirici şəxs: Aqil Əhmədov
Əlaqə telefonu: (012) 492-59-03, daxili 1127
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç. 6
Tender 1 (bir) lot üzrə keçiriləcək.

Lot 1 – 100 hibrid auditoriya infrastrukturunun yaradılması üçün mal, iş və xidmətlərin satın alınması

Maraqlananlar elektron müraciət edərək 1000 (bir min) manat iştirak haqqını portal operatorunun hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş satınalmanın Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid elektron portalı vasitəsilə ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) müqavilənin icrasını təmin etmək üçün lazımi maliyyə, kadr və texniki imkanlara malik olmalıdırlar.

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

  1. Malgöndərən haqqında tələb olunan sənədlər aşağıdakılardır:

1.1. Malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

▪ Malgöndərənin Nizamnaməsi (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) - notarial təsdiq olunmuş pdf formatda portala əlavə edilməlidir.

▪ Malgöndərənin Dövlət reyesterindən çıxarışı (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) və vergi qeydiyyatı barədə şahadətnaməsi - notarial təsdiq olunmuş pdf formatda əlavə edilməlidir.

▪ Malgöndərənin rekvizitləri - bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə imza və möhürlə təsdiq edilmiş rəsmi blankında pdf formatda portala əlavə edilməlidir.

1.2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış:

▪ Müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə  təqdim olunmuş arayış  olmalı və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması pdf formatda portala əlavə edilməlidir.

1.3. Malgöndərənin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2022-ci il üzrə):

▪ Vergi orqanının rəsmi blankında və ya elektron təqdim olunmuş sənədin notarial təsdiq forması pdf formatda portala əlavə edilməlidir.

1.4. Malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı:

▪ Tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır -məktubun əsli skan olunmuş şəkildə - pdf formatda portala əlavə edilməlidir.

1.5. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənədlər:

▪ İcra edilmiş oxşar layihələr haqqında sənəd:

Malgöndərənin avadanlıqla proqram təminatı sahəsində son 1 (bir) ildə 1-dən az olmamaq şərti ilə tam icrası təsdiq olunan layihələri mövcud olmalıdır. Malgöndərənin son 1 (bir) ildə icra etdiyi oxşar layihələr haqqında ətraflı məlumat (əlaqələndirici şəxslər, əlaqə vasitələri göstərilməsi şərti ilə) pdf formatda malgöndərənin imzalı möhürlü blankında portala əlavə edilməlidir.

Layihələrin adı və tam icra edilməsinin Sifarişçi tərəfindən qəbul olunduğu barədə sənəd, həmin sənədi imzalayan əlaqələndirici şəxsin tam adı, soyadı, atasının adı, vəzifəsi, korporativ elektron poçt ünvanı və mobil nömrəsi qeyd edilməklə malgöndərənin rəsmi blankında möhürlü və imzalı şəklidə pdf formatda portala əlavə olunmalıdır.

▪ Tövsiyə məktubları:

Malgöndərən tərəfindən dövlət satınalmaları üzrə oxşar işlər barədə təhvil verilmiş işləri qəbul etmiş Sifarişçilərdən  ən azı 1 (bir) tövsiyə məktubu təqdim edilməlidir. Tövsiyə məktublarında Sifarişçilər üzrə əlaqələndirici şəxslərin kontaktları göstərilməli və məktublar imzalı möhürlü blankda pdf formatda portala əlavə edilməlidir.

▪ Malgöndərənin işçi heyətində ixtisaslı kadrların mövcud olduğuna dair sənədlər:

- Görüləcək işlərin həcminə uyğun tələb olunan sayda işçi qüvvəsi olmalıdır (Cədvəl №1 formasına uyğun tərtib edilmiş imzalı möhürlü şəkildə olmaqla pdf formatda portala əlavə edilməlidir);

- Kifayət qədər ixtisaslı kadrlar olmalıdır - azı 2 nəfər ixtisas üzrə mühəndisin sertifikatı və satınalınan avadanlıqlar üzrə İstehsalçı tərəfindən malgöndərənin əməkdaşına verilmiş texniki ixtisas dərəcələri barədə sənəd təqdim edilməlidir (İstehsalçı tərəfindən verilmiş sənəd möhürlü və imzalı şəkildə pdf formatda portala əlavə edilməlidir);

▪ Təklif olunan avadanlıqlar üzrə “MAF” (Manufacturer’s Authorization Form) sənədi tender təklifi ilə birlikdə təqdim olunmalıdır.

▪ Malgöndərənin təklif edilən avadanlıqların İstehsalçıları ilə arasında Tərəfdaşlıq barədə sənəd – Malgöndərənin müvafiq İstehsalçılar ilə aktual tərəfdaşlıq sertifikatları mütləqdir - sənəd pdf formatda portala əlavə edilməlidir.

▪ Bütün avadanlıqlar mövcud olan server-şəbəkə infrastrukturuna inteqrasiya və miqrasiya olunmalı, müvafiq inteqrasiya və miqrasiyadan sonra avadanlıqlar arasında və ümumilikdə sistemdə hər hansı konflikt yaranmamasına malgöndərən zəmanət verməlidir. Zəmanət barədə təsdiqedici sənəd pdf formatda İddiaçının blankında imzalı və möhürlü şəkildə portala əlavə edilməlidir.

▪ Müqavilənin icra olunmasına dair tələblər:

- Bütün işlər müqavilənin imzalanması tarixindən ən geci 60 gün ərzində tamamlanmalıdır (çatdırılma və quraşdırma daxil olmaqla). Təklif olunan müddət barədə təsdiqedici sənəd İddiaçının blankında imzalı və möhürlü şəkildə pdf formatda portala əlavə edilməlidir.

▪ İş həcminin yerinə yetirilməsi üzrə qrafik cədvəli barədə məlumat:

İş həcminə dair Cədvəl №2 mütləq doldurulmalıdır. Sənəd tender təklifi ilə birlikdə İddiaçının blankında imzalı və möhürlü şəkildə pdf formatda portala əlavə edilməlidir.

1.6. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd.

1.7. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması barədə arayış:

▪ Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır.

▪ Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması pdf formatda portala əlavə edilməlidir.

1.8. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış:

▪ Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır.

▪ Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması pdf formatda portala əlavə edilməlidir.

1.9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış:

▪ Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması  pdf formatda portala əlavə edilməlidir.

1.10. Mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmasını təsdiq edən sənəd:

▪ Statistika komitəsi tərəfindən əldə edilmiş və tender elanı tarixinə qüvvədə olan sənəd pdf formatda portala əlavə edilməlidir.

  1. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır).

Malgöndərənlər qeyd olunan sənədləri elanda qeyd olunan tarix və vaxta kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Elanda göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri elanda qeyd olunan tarix və vaxtda elektron portal vasitəsilə açılacaqdır.

Müsabiqənin başlama tarixi23.11.2023, saat 15:00.
Tələb olunan sənədlərin son təqdim olunma tarixi14.12.2023, saat 09:00.
Təkliflərin son təqdim olunma tarixi: 22.12.2023, saat 10:00.
Zərflərin açılış tarixi: 25.12.2023, saat 09:00.

CƏDVƏL 1

CƏDVƏL 2

Tender komissiyası

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay