Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 55 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi adını qazanıb.

Onlar dünyanın aparıcı universitetlərində magistratura səviyyəsində təhsillərini davam etdirəcəklər.

Dövlət proqramının qalibi olmuş 46 nəfər 2025/2026-cə tədris ilində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, 4 nəfər ABŞ-da, qalanları isə digər ölkələrin qabaqcil universitetlərində təhsil alacaqlar.

Proqram iştirakçılarının 21 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE), 20 nəfəri SABAH Mərkəzinin məzunudur. Eyni zamanda Rəqəmsal İqtisadiyyat fakültəsindən 3, Rus İqtisad Məktəbindən 1, Mühəndislik fakültəsindən 2, İqtisadiyyat və idarəetmə fakültəsindən 2, Maliyyə və mühasibat fakültəsindən 1, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzindən 3 və UNEC Biznes Məktəbindən 2 məzun proqram çərçivəsində xaricdə magistratura təhsili alacaq.

TOP XƏBƏRLƏR