Rusiyanın Kazan Federal Universiteti UNEC tələbələri üçün yay proqramına sənəd qəbulu elan edir.

Kazan Federal Universiteti, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi və “Социоцентр” Federal Dövlət Müəssisəsi ilə birlikdə UNEC-in bakalavriat  pilləsi üzrə təhsil alan tələbələrini 2024-cü ilin iyulun 8-dən 22-dək Kazan şəhərinə səfərə və “Yay Universiteti” layihəsində iştirak etməyə dəvət edir.

“Yay Universiteti”nin proqramına Kazan Federal Universitetinin (KFU) aparıcı müəllimləri və sənaye ekspertlərindən mühazirələr, seminarlar, praktiki dərslər, həmçinin rus mədəniyyəti və rus dili, Tatarıstan Respublikasının unikal ab-havası, qədim, lakin dinamik inkişaf edən Kazan şəhəri ilə tanış olmağa yönəlmiş ekskursiyalar və tədbirlər daxildir.

2024-cü ildə “Yay Universiteti” tədbirlərinin tədris blokuna 6 tədris modulu daxil olacaq:

  • Süni intellekt və informasiya texnologiyaları
  • Gələcəyin texnologiyaları: fizika və mühəndislik
  • Dil. Mədəniyyət. Yaradıcılıq
  • Memarlıq. Dizayn. Turizm
  • İdarəetmə Məlumatlarının Analitikası üçün Alətlər (hackathon) (İngilis dilində)
  • BRICS+: Beynəlxalq Münasibətlərdə Yeni Trendlər (ingilis dilində).

Bütün xərclər (nəqliyyat, yerləşmə və gündəlik) təşkilatçılar tərəfindən qarşılanacaqdır.

Namizədlərin seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə təqdim olunmuş sənədlər əsasında, müsabiqə yolu ilə aparılacaq.

Seçiləcək tələbə sayı: 5 nəfər
Təhsil pilləsi: bakalavriatura
İxtisas: bütün ixtisaslar
Müddət: 8-22 iyul, 2024

Əsas şərtlər:

  • Tələbələrin orta balı (ÜÖMG) – 70-dən yuxarı olmalı;
  • Rus və ya ingilis dilini sərbəst bilməli.

Tələb olunan sənədlər:

  • Akademik transcript;
  • CV;
  • Pasport (mövcud olmadığı halda şəxsiyyət vəsiqəsi).

Son müraciət tarixi: 5 aprel, 2024-cü il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində proqramın adı – “Yay Universiteti” yazılmalıdır.

Proqram haqqında ətraflı

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay