A

UNEC-də 2024/2025-ci tədris ili üçün əcnəbilərin sənəd qəbuluna başlanılıb.

Əcnəbilər ixtisaslardan asılı olaraq, aşağıda qeyd olunan tədris dillərində təhsil ala bilərlər.

  • Azərbaycan dili
  • İngilis dili
  • Türk dili
  • Rus dili

Qəbul prosesi haqqında məlumat

Əcnəbilərin qəbulu elektron formada həyata keçirilir. Namizədlər qəbul üçün https://portal.edu.az/ internet səhifəsinə müraciət etməlidirlər.

Portalda qeydiyyatdan keçmək üçün təlimatlar: 

Video formatında təlimat:

Təlimat-video (ingilis dilində)

Təlimat-video (azərbaycan dilində)

Pdf formatında təlimat:

Təlimat-pdf (ingilis dilində)

Təlimat-pdf (rus dilində)

Qəbul üçün lazım olan sənədlər:

Bakalavr pilləsi üçün

  • Attestat
  • Attestatın və əlavəsinin apostili (əgər attestat xarici ölkədə alınıbsa)
  • Attestatın Azərbaycan dilinə notarial tərcüməsi (əgər attestat xarici dildədirsə)
  • Pasport
  • CV
  • Fotoşəkil 3×4 ölçüdə

Magistratura pilləsi üçün

  • Bakalavr diplomu, qiymət cədvəli və diplom əlavəsi
  • Bakalavr diplomunun, qiymət cədvəlinin və diplom əlavəsinin apostili və notarial tərcüməsi (əgər diplom xarici ölkədə alınıbsa)
  • Pasport
  • CV
  • Fotoşəkil 3×4

Doktorantura pilləsi üçün

  • Bakalavr və magistr diplomları, qiymət cədvəlləri və diplom əlavələri
  • Bakalavr və magistr diplomlarının, qiymət cədvəlinin və diplom əlavələrinin apostili və notarial tərcüməsi (əgər diplomlar xarici ölkədə alınıbsa)
  • Bakalavr və magistr diplomlarının tanınması (nostrifikasiya)
  • Pasport
  • CV
  • Fotoşəkil 3×4

Sənəd qəbulu üçün son tarix: 31 avqust 2024-cü il.

Dərslərin 15 sentyabr 2024-cü il tarixində başlanması nəzərdə tutulub.

Əlaqə və suallar üçün: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., +994 12 492 60 45

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay