UNEC-də bakalavriat səviyyəsi üzrə sənəd qəbulu onlayn aparılacaq!
UNEC-ə qəbul olunan abituriyentlər 2 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün UNEC-in rəsmi saytına (https://unec.edu.az/) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sənədlərini elektron formada sistemə yükləməlidirlər (proses ilə aşağıda tanış ola bilərsiniz).
Abituriyentlər eyni zamanda, portal.edu.az platformasında da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün yaradılmış kabinetə daxil olub, təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Qeyd olunmuş müddətdə hər iki portaldan qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan bakalavrların qeydiyyatı üçün aşağıdakı sənədlər tələb olunur:
- Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Təhsil haqqında sənəd – Attestatın və ya diplomun surəti;
- İxtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd (yalnız xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına aiddir);
- İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün);
- Təhsil haqqında ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).
QEYD: ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.
Təhsil haqqından azad olunan bakalavrlardan aşağıdakı sənədlər tələb olunur:
- I və II dərəcə əlilliyi olan şəxslər:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88)
- Doğum haqqında şəhadətnamənin surəti,
QEYD: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.
- Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları:
- Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar:
- Vəfat etmiş valideynin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti,
- Digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88),
- Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.
Qeyd 1: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.
Qeyd 2: Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.
- Şəhid ailəsinin üzvü olanlar:
- Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
- Şəhid ailəsinin üzvi kimi tələbənin vəsiqəsinin surəti və doğum haqqında şəhadətnamənin surəti;
- Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.
Qeyd: Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88);
- Valideynin şəxsiyyət vəsiqəsinin surəti;
- Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.
Qeyd: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir (Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır).
5a. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:
- Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);
- Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.
Qeyd: Güzəşt yalnız ilk dəfə tələbə olanlara aiddir.
Onlayn sənəd qəbulu prosesi.
Sənədlərin elektron formada yüklənməsi qaydası ilə videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=czOkTG1XwqE
Qeydiyyatınızı təqdim olunmuş http://kabinet.unec.edu.az/az/registration# link vasitəsilə davam etdirə bilərsiniz. Qeydiyyat zamanı yarana biləcək suallarınızı kabinet.unec.edu.az saytında Online dəstək pəncərəsi, təhsil alacağınız fakültə üzrə aşağıda göstərilmiş əlaqə nömrələri və ya 1846 (daxili 5) Qaynar Xəttinə ünvanlaya bilərsiniz.
Qəbul olduğunuz ixtisas, tədris dilinə uyğun təhsil alacağınız fakültəni aşağıdakı SİYAHI-dan müəyyən edə bilərsiniz: