A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində "Kibertəhlükəsizlik və Azərbaycan reallıqları" mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarın məqsədi müasir texnoloji dövrdə kibertəhlükəsizlik sahəsində aktual məsələləri müzakirə etmək, tələbələrə bu sahədə bilik və məlumatları aşılamaq olub.

Tədbirdə fakültənin dekan müavini Mehriban Kərimzadə, “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Təranə Əliyeva, müəllim Əflatun Məmmədov və “İqtisadiyyat” kafedrasının dosenti Günay Pənahova iştirak ediblər.

Seminarda çıxış edən Əflatun Məmmədov kibertəhlükəsizliyin mahiyyəti və əhəmiyyətindən danışaraq bildirib ki, bu sahə kompüter sistemləri, internet və simsiz şəbəkələrdəki məlumatların icazəsiz istifadədən, oğurluqdan və zərərli hücumlardan qorunmasını əhatə edir. O, qeyd edib ki, smart texnologiyaların və IoT (əşyaların interneti) cihazlarının artması kibertəhlükəsizlik məsələsini daha da aktuallaşdırır.

Əflatun Məmmədov çıxışı zamanı diqqətə çatdırıb ki, hər 39 saniyədə bir kiberhücum baş verir və bu hücumların 90%-i insan səhvləri nəticəsində uğurlu olur. Bu baxımdan, texniki tədbirlərlə yanaşı, maarifləndirmə və insan faktoruna diqqət yönəltmək olduqca vacibdir.

Çıxışdan sonra tələbələrin mövzu ətrafında  sualları cavablandırılıb. 

TOP XƏBƏRLƏR