UNEC tələbələri üçün “Bloomberg Maliyyə Laboratoriyası: Maliyyə bazarları” adlı təlim proqramına qeydiyyat elan edib.

Dərslər noyabr ayı ərzində tələbələrin dərs cədvəllərinə uyğun olaraq saat 09:15–18:00 aralığında keçiriləcək.

Təimlər Bloomberg Maliyyə Laboratoriyasında UNEC-in təlimçisi Səidə Xəlilinin rəhbərliyi ilə aparılacaq. Proqram çərçivəsində iştirakçılar maliyyə bazarlarının işləmə prinsipləri, investisiya alətləri və Bloomberg platformasının tətbiqi barədə praktiki biliklər qazanacaqlar.

Kursu uğurla başa vuran iştirakçılar beynəlxalq səviyyədə tanınan Bloomberg Market Concepts (BMC) sertifikatını əldə edəcəklər.

Dərslər həftənin beş iş günü keçiriləcək, qeydiyyat isə 30 oktyabr 2025-ci il, saat 18:00-da başa çatır.

QEYDİYYAT

TOP XƏBƏRLƏR