12-13 noyabr 2025-ci il tarixlərində Sumqayıt Dövlət Universiteti, Bursa Uludağ Universiteti, Xəzər Universiteti, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Müstəqil Sənaye və İş Adamları Dərnəyi (MÜSİAD), eləcə də Azərbaycan İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Maliyyə, mühasibatlıq, audit və rəqəmsallaşma” mövzusunda I Beynəlxalq simpozium keçiriləcək.

Simpoziumun məqsədi maliyyə, mühasibatlıq, audit və rəqəmsal transformasiya sahələrində aktual elmi-praktik məsələlərin müzakirəsini təşkil etmək, yerli və xarici tədqiqatçılar, alimlər, sahibkarlar və mütəxəssislər arasında elmi əməkdaşlıq və təcrübə mübadiləsini təşviq etməkdir.

Tədbir çərçivəsində müxtəlif istiqamətlər üzrə məruzələr, panel müzakirələr və elmi təqdimatlar keçiriləcək.

ƏTRAFLI MƏLUMAT

TOP XƏBƏRLƏR