Azərbaycan və İsveçrə xalqlarının təhsildə və elmi araşdırmalarda qarşılıqlı prioritetlərə malik olduğu, hər iki ölkənin beynəlxalq əlaqələri üçün yüksək peşəkar kadr hazırlığının əsası kimi təhsil sahəsində UNEC ilə Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbi ARC UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir.

Ali İdarəetmə Məktəbi 1 semestrlik mübadilə proqramı təklif edir və mübadilə proqramı fransız dilində B2 danışıq səviyyəsinə malik olan UNEC bakalavr tələbələri və ingilis dilində B2 səviyyəsinə malik olan UNEC magistr tələbələri üçün nəzərdə tutulmuşdur. Mübadilə 2023-ci ilin yaz semestri üçün nəzərdə tutulmuşdur. Yaz semestri 2023-cü ilin fevral ayında başlayacaqdır.

HES-SO Ali İdarəetmə Məktəbi haqqında qısa məlumat: 

Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbi ARC 1982-ci ildə təsis edilmişdir. Tədris əsasən bakalavr və magistr dərəcələrində fransız dilində aparılır. Burada iqtisadiyyat hüququ, informasiya texnologiyaları, marketinq, maliyyə, loqistika, insan resursları, iqtisadi cinayətlərin istintaqı, biznesin idarəedilməsi və s. proqramlar mövcuddur. Hazırda 1800 tələbənin təhsil aldığı məktəbdə 100 nəfər akademik heyət üzvü və 400 qonaq mühazirəçi vardır.

HES- SO Məktəbi fransız dilli zəngin təbiətə və tarixə malik Neuçatel kantonunda yerləşir. Şəhər həm əsrarəngizliyi ilə, eyni zamanda, tələbə şəhərciyi kimi məşhurdur. Neuçatel kantonunu kiçik Paris də adlandırırlar. Parisə 2 saatlıq, Cenevrəyə isə 1 saatlıq məsafədə yerləşir. 

Mübadilə proqramında iştirak etmək istəyən UNEC tələbələri üçün tələblər aşağıdakılardır. 

İxtisaslar:

İqtisadiyyat

Menecment 

Biznesin idarəedilməsi

Mübadilədə iştirak edə bilərlər:

Ən azı B2 fransız dili səviyyəsində danışa bilən bakalavriat və magistratura səviyyəsində təhsil alan UNEC tələbələri (əsasən 3-cü kurs bakalavriat, 1-ci kurs magistratura səviyyəsində təhsil alan UNEC tələbələri) 

Tələb olunan sənədlər:

CV 

Motivasiya məktubu (Bakalavr tələbələri üçün fransız, magistr tələbələri üçün ingilis dilində)

Transkript (70-dən yuxarı ÜOMG)

Dil sertifikatı (əgər varsa, bakalavr tələbələri üçün fransız dili setifikatı, magistr tələbələri üçün ingilis dili sertifikatı)

 UNEC tələbələri üçün təklif olunan imkanlar aşağıdakılardır: 

 Aylıq 800 CHF (təxminən 1400 AZN) məbləğində təqaüd; 

 Tibbi sığorta; 

 1 ay intensiv Fransız dili kursları; 

 Şəhərdaxili pulsuz nəqliyyat keçidi; 

 İdman klublarında pulsuz qeydiyyatdan keçmə imkanı.

Birinci mərhələni keçən UNEC tələbələri ikinci mərhələdə İsveçrə HES-SO İdarəetmə məktəbinin Qəbul komitəsinin heyəti tərəfindən fransız və ya ingilis dilində müsahibəyə dəvət olunacaqdır.

Son müraciət tarixi 15 Avqust, 2022

Əlaqədar şəxs Nərgiz Hacıyeva,

Tələb olunan sənədlər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndəriləcəkdir.

Son müraciət tarixini keçən tələbələrin sənədləri nəzərə alınmayacaqdır.

 

TOP XƏBƏRLƏR