14-16 aprel 2020-ci il tarixlərində Türkiyənin Antalya şəhərində Kompyuter və Texnoloji Tətbiqlər (ICCTA 2020) mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Gazi Universitetinin təşkilatçılığı ilə keçiriləcək konfransda mövzuya uyğun təcrübələrin və yeni tətbiqlərin mübadiləsi və təqdimatına əsaslanan sənaye və nəzəri sahələrdə tədqiqat nəticələrinin müzakirələrinə geniş yer veriləcəkdir. Konfrans dünya üzrə iştirak edəcək tədqiqatçılar və tyutorlar arasında rasional müzakirələr və ideya mübadilələrinə geniş yer verən nümayəndələrə açıqdır. İştirakçılar konfrans mövzusuna uyğun müasir və qabaqcıl texnologiyalar və ixtiralarla əyani şəkildə tanış olmaq imkanını əldə edəcəkdir. 

Son müraciət tarixləri: 

Məqalənin təqdim olunması tarixi

30 noyabr  2019

Bildiriş tarixi

25 dekabr 2019

Son qeydiyyat günü

10 yanvar 2020

Bütün məqalələrə ekspertlər tərəfindən rəy verilir. 15 və 20 gün ərzində rəyin nəticəsi müəlliflərə göndərilir. Qəbul olunmuş və qeydiyyatdan keçmiş bütün məqalələr Ei Compendex, Scopus bazasında indeksləşən Konfrans kitabında dərc olunur.

 Əsas mövzular

Alqoritmlər

 

Kompyuter təcrübələri və tətbiqləri

 

İnformasiya Sistemləri

 

Avtomatlaşdırılmış Proqram Mühəndisliyi

 

Bioinformatika və elmi hesablama

 

Multimedia proqramları

 

Kompyuter Animasiyası

 

Verilənlər bazası sistemləri

 

Kompüter qrafikası və multimedia

 

Təhsildə texnologiya

 

Süni intellekt

 

Rəqəmsal kitabxana və s.

 

Konfransın keçirilmə ünvanı:
Türkiyə Antalya
Əlavə məlumat: UNEC-in EFTİED “Elmmetrika” şöbəsi
Tel.: 492 72 98

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay