2-3 dekabr tarixlərində UNEC-də “Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfrans UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ), Türkiyənin Daxili İşlər Nazirliyinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Ege Universiteti ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində üçtərəfli razılıq əsasında baş tutacaq.
Konfransın məqsədi rəqəmsal iqtisadiyyatın regional inkişafa təsirlərinin aktual məsələləri, problemlərin hərtərəfli təhlili və onların mümkün həlli yollarının geniş müzakirəsinin aparılmasıdır.
Konfransın işi plenar iclas və bölmələr üzrə təşkil olunacaq. Bölmələr (sayı və adları) məqalələr təşkilat komitəsi tərəfindən müəyyən ediləcək. Konfransa təqdim olunmuş xülasə və tam mətnlər İKSAD İnstitutu tərəfindən indeksli toplularda yayımlanıb, eyni zamanda məqalələrin uyğun rəydən keçənləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilən UNEC-in Elm Xəbərləri jurnalında çap ediləcək, SCOPUS və Web of Scince bazalarına daxil olan jurnallara təqdim ediləcək.