Avropa Universitetlər Birliyi (EUA) 48 Avropa ölkəsində 800-dən çox universitet konfransını təmsil edən assosiasıyadır.

Birlik Bolonya prosesinə, eləcə də Avropa Birliyinin ali təhsil, araşdırma və innovasiya siyasətinə təsir göstərməkdə həlledici rol oynayır. Bir sıra Avropa və beynəlxalq təşkilatlarla davamlı qarşılıqlı əlaqə sayəsində Avropa Universitetlər Birliyi Avropa universitetlərinin müstəqilliyinin və istəklərinin böyük kütləyə çatdırılmasına xidmət edir.

Keçiriləcək Beynəlxalq Təlimlər

"FAIR" Məlumat Prinsipləri Təlimləri

Təlim: Universitet Kurrikulumu və Öyrənmədə "FAIR" Məzmununun Praktik İcrası

Başlıca mövzular: "FAIR rəqabətliliyinin qəbul olunması" kitabçası haqqında rəyin alınması

Tədbirin tarixi: 12 oktyabr, 2021

Tədbirin formatı: Onlayn (ödənişsiz və ictimaiyyətə açıq)

Təşkilatçı: Qötingen Universiteti və Avropa Universitetlər Birliyi

Tədbir linki: https://eua.eu/events/204-practical-implementation-of-fair-related-content-in-university-curricula-and-teaching.html

İştirakçılar: Mövzu elmi ekspert və ali təhsil müəssisələrində təhsilin idarəsi və dizaynı ilə çalışan peşəkarlar üçün maraqlı ola bilər.

Digitallaşdırılmış öyrənmə və öyrətmə

Başlıca mövzular: Digital öyrənmə və öyrətmə fonunda nailiyyətlərin və öyrənmə obyektlərinin dəyərləndirilməsi üzrə institutların dəstəklənməsi; institutlaşmış strategiya və təşkilat mədəniyyəti (3 təlimdən ibarət)

Tədbirin tarixi: 19 Oktyabr, 2021

Tədbirin formatı: Hələlik informasiya yoxdur

Təşkilatçı: Avropa Universitetlər Birliyi

Tədbir linki: https://eua.eu/events/209-digitally-enhanced-learning-and-teaching.html

İştirakçılar: Kurrikulum qurucuları, ekspertlər və müəllim heyəti

 “Spotlight on Recognition” fokus qrupları seriyası

3 fokus qrupu, hər birində 25 iştirakdan ibarət olan tədbir seriyası. Tədbirlərdən biri yalnız ispan universitetlərinə aid olduğu, digəri isə fiziki iştirak tələb etdiyi üçün sənədə onlar haqqında məlumat əlavə olunmamışdır.

Başlıca mövzular: Akademik tanıtım; kvalifikasiyaların dizayn olunması və tanınması; "Lissabon Tanınma Konvensiyası"nın universitetlərdə icrası

Tədbirin tarixi: 19 oktyabr

Tədbirin Formatı: Onlayn

Təşkilatçı: Avropa Universitetlər Birliyi, Crue (İspan Universitetləri Birliyi), HRK (Almaniya Rektorlar Assosiasiyası), Nuffic (Holland Universitetləri Birliyi)

Tədbir linki: https://eua.eu/events/200-%E2%80%9Cspotlight-on-recognition%E2%80%9D-focus-group-i.html

İştirakçılar: Tədbir birliyə üzv institutların kvalifikasiyaların tanınması sahəsində çalışan əməkdaş heyətinə açıqdır.

Avropa Keyfiyyət Təminatı Forumu 2021: İnam və Etibarın Qurulması: Məlumatdan Sübuta

Başlıca mövzular: Avropada təhsil siyasəti və inkişaf perspektivləri; tədqiqat; keyfiyyət təminatında mövcud inkişaflar; məlumatla işləmə bacarığı

Tədbirin tarixi: 18-19 Noyabr, 2021 (Qeydiyyat 1 noyabradək açıqdır)

Tədbiri formatı: onlayn

Təşkilatçı: Avropa Universitetlər Birliyi

Tədbir linki: https://eua.eu/events/138-2021-european-quality-assurance-forum.html

İştirakçılar: Rektorlar, prorektorlar, təhsildə keyfiyyət təminatı ekspertləri, tələbələr və tədqiqatçılar

“Dəyişən Beynəlxalq Münasibətlər Sistemində Universitetlər” vebinar seriyası

Vebinar 1: Yeni Dünya Nizamı

Başlıca mövzular: Geosiyasətin universitetlərə təsiri; akademiyada qlobal əməkdaşlığın önəmi

Tədbirin tarixi: 7 oktyabr (ödənişsiz)

Tədbiri formatı: onlayn

Təşkilatçı: Avropa Universitetlər Birliyi

Tədbirin linki: https://eua.eu/events/210-webinar-i-a-new-world.html

Vebinar 2: Transatlantik Əlaqələr - ABŞ və Avropa (uyğun deyil)

Vebinar 3: Beynəlxalq tərəfdaşlıqda  risklərin dəyərləndirilməsi.

Sözügedən vebinar dekabrda baş tutacaq. Dəqiq tarix hələlik bəlli deyil.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay