UNEC-in 95 illik yubileyinə həsr olunan ABB Invest və UNEC Bloomberg Maliyyə Laboratoriyasının birgə təşkilatçılığı ilə "İnvestisiyada Dəyirmi Masa" keçiriləcək.
Bu tədbirdə siz Biznesin inkişafı departamentinin direktoru Elçin Məmmədov və Müştərilərlə iş şöbəsinin müdiri Aqşin Əzizovdan doğru investisiya qaydalarını öyrənə və ağlınızda olan sualları soruşa bilərsiniz.
Yerlərin məhdud olduğunu nəzərə alaraq qeydiyyatdan keçməyi unutmayın.
Təlimin keçiriləcəyi tarix: 08.04.2025-ci il tarixində saat 10:00-da, məkan: əsas Korpus 319-cu otaq.