A

UNEC-də elmi fəaliyyətin daha səmərəli təşkili, yeni jurnalların təsis edilməsi və onların beynəlxalq bazalarda indekslənməsi məqsədilə Açıq Jurnal Sisteminə (OJS) keçid təşəbbüsü ilə bağlı təlim keçiriləcək.

Təlim UNEC EFTİED Elmi Fəaliyyətin Təşkili Şöbəsi tərəfindən 1 May tarixində, saat 14:00-da, əsas binada yerləşən Karyera Mərkəzində təşkil olunacaq. Təlimdə jurnal redaktorları, redaksiya heyəti və İT mütəxəssislərinin iştirakı vacibdir.

OJS – açıq elm platformasıdır və hazırda dünyada fəaliyyət göstərən elmi jurnalların təxminən 88%-i bu sistem üzərindən idarə olunur. Platforma heç bir ödəniş tələb etmir və UNEC-də yaradılacaq elmi jurnalların bu sistem üzərində qurulması həm texniki təminatın sadəliyini, həm də elmi standartların daha yüksək səviyyədə qorunmasını təmin edəcəkdir.

Əlaqə: EFTİED Elmi fəaliyyətin təşkili şöbəsi, otaq 124, əsas bina, +994124927298 

TOP XƏBƏRLƏR