26 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 108-ci ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda XIII elmi-praktiki konfrans keçiriləcək.
Tədbir çərçivəsində fövqəladə halların idarə olunmasında rəqəmsal texnologiyaların rolu, süni intellekt və avtomatlaşdırılmış sistemlərin tətbiqi, erkən xəbərdarlıq mexanizmləri, risklərin qiymətləndirilməsi və digər aktual mövzular üzrə məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.